Biznesinizi böyütməyə hazırsınız? Bizimlə Əlaqə

Business_Finbiz
Tədbirlə Bağlı
2024 - ci il

Azərbaycan Françayzinq Assosiyasiyasının ideya məhsulu olan layihəsi Türk Dünyası İqtisadi Forumu tədbirinin ilk günü bu gün reallaşdı. İkinci günü şirkətləri infotur səfərləri gözləyir. 

Tədbir “Azərbaycan Françayzinq Assosiasiyası” və “Kiçik və Orta Biznes Subyekləri Assosiasiyası”nın birgə təşkilatçılığı ilə baş tutub. 
“Azərbaycan Françayzinq Assosiasiyası”nın xüsusi dəvətlisi olan Türkiyənin CEO Platforma, Qazaxıstan Françayzinq Assosiasiyası, UFRAD, YASAD kimi qurumlardan bir çox sahibkar və spiker tədbirdə yer almışdır. 

Tədbir ərzində assosiasiyamızla Türkiyənin YASAD qurumu arasında ölkəmizdə birgə fəaliyyətin təşkili, süni intellekt, Smart City kimi layihələrin icrasını əhatə edəcək Memorandum imzalanmışdır. Həmçinin Qazaxıstan və Azərbaycan Françayzinq Assosiasiyaları arasında birgə fəaliyyətin təşkili istiqamətində əməkdaşlıq Memorandumu imzalanmışdır. 

Panel müzakirələri zamanı assosiasiyanın rəhbəri Camid Mövsümov bildirmişdir ki, əsas hədəfimiz Made in Turan markasının yaradılmasıdır. Türk dövlətləri arasında birgə əməkdaşlıq münasibətlərinin inkişafına töhfə verməkdir. 

Bizimlə Əlaqə

Biznesinizə dəstək lazımdır?