Biznesinizi böyütməyə hazırsınız? Bizimlə Əlaqə
İstehsalçı və investorların Naxçıvana səfəri çərçivəsində Naxçıvan Biznes Mərkəzində keçirilən tədbirdə "Azərbaycan Françayzinq Assosiasiyası"nın idarə heyətinin sədri Camid Mövsümov, Naxçıvan Muxtar Respublikasında müəyyən şirkətlərin nümayəndəlikləri fəaliyyətə başlayacağını bildirib. Camid Mövsümov bildirib ki, bununla bağlı artıq danisiqlar da olub: "Naxçıvana yerli və xarici istehsalçıların, investorların cəlbi yönündə mühüm işlər görülür. Artıq "İhlas Holdinq" və "Özgür İnşaat"-ın Naxçıvanda nümayəndəliklərinin yaradılması üçün razılıq əldə edilib və bu yöndə işlər aparılır. Qısa vaxtda hər iki şirkətin nümayəndəliyi burada yaradılacaq. Həmçinin, "Azərbaycan Françayzinq Assosiasiyası"nın da ofisi Naxçıvanda açılacaq".
Mənbə: www.serqqapisi.gov.az