Biznesinizi böyütməyə hazırsınız? Bizimlə Əlaqə

business-area

Azərbaycan Françayzinq Assosiasiyası xalqımızı təbrik edib

Azərbaycan Françayzinq Assosiasiyası Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı təbrik edib

Təbrikdə deyilir:

Hörmətli həmvətənlər, əziz soydaşlarımız!

Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə ürəkdən təbrik edirəm! Bu bayram həm birlik, həm də qardaşlıq ruhunu özündə birləşdirən, hər birimizin milli kimliyimizlə fəxr etdiyi bir gündür. Dünyanın hansı guşəsində yaşamağımızdan asılı olmayaraq, biz azərbaycanlılar bu gün bir yumruq kimi birləşir, Vətənimizə sevgi və dəstəyimizi göstəririk.

Yeni il ərəfəsində hamınıza sülh, sevgi, xoşbəxtlik və rifah arzulayıram. Qoy, qarşıdan gələn il xalqımıza daha böyük uğurlar, müstəqilliyimizin möhkəmlənməsi və hər bir azərbaycanlının həyatında yeni nailiyyətlər gətirsin.

Birlikdə güclüyük, həmrəyliyimiz əbədidir!

 

Mənbə: baku.news