Biznesinizi böyütməyə hazırsınız? Bizimlə Əlaqə

business-area

Azərbaycan Françayzinq Assosiasiyası Bakıda Turan-İqtisadi Forumu keçirəcək

Assosiasiyanın İdarə Heyətinin sədri Camid Mövsümov bildirib ki, Azərbaycan Françayzinq Assosiasiyası (AFA) 2023-cü ilin dekabrında ölkədə turizm sektoruna sərmayə yatırmaq məqsədi ilə “Turan-İqtisadi Forumu” keçirməyi planlaşdırır.
Onun sözlərinə görə, forumda 100-dən çox ölkədən, o cümlədən Səudiyyə Ərəbistanı, Küveyt, Yaponiya, Rusiyadan 500-dən çox şirkətin iştirak edəcəyi gözlənilir. “Biz bu forumda investisiya sazişlərinin də bağlanmasını gözləyirik”, - deyə bildirib.
Mövsümov bu il forumun Bakıda, sonrakı illərdə isə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Macarıstanda keçiriləcəyini vurğulayıb.
Assosiasiya avqustun sonuna kimi Azərbaycanda “Rayess” şokolad fabriki açmağı planlaşdırır. Birinci mərhələdə layihəyə 1 milyon dollar, ikinci mərhələdə daha 10 milyon dollar sərmayə qoyulması planlaşdırılır.

 

 

Mənbə: www.trend.az